• LİFT

    ESKALATORLAR

  • KÖRÜK

    RAMPALAR

  • AVTOMATİK QAPI

    GİRİŞ SİSTEMLƏRİ

Kindef - door and elevator facilities

Liftlərin satışı, quraşdırılması və servisi


Lift - sərt yönləndiricilər boyunca binaların mərtəbələri arasında şaquli yuxarı və aşağı hərəkət etmək üçün nəzərdə tutulmuş bir qaldırıcı avadanlıqdır. Çoxmərtəbəli binaların inşasına məhz liftlər böyük təkan verib. Liftlər sərnişin, kottec, yük, əlil, xəstəxana və servis liftləri kimi kateqoriyalara bölünür eləcə də elektrik, hidrolik və pnevmatik tipli olurlar.

Lift istehsalçı şirkətləri

Bizim üstünlüklərimiz

Peşəkarlıq

Şirkətimizdə çalışan peşəkar komanda heyəti müxtəlif istehsalçıların geniş çeşidli məhsulları ilə uzun illər ərzində calışaraq yüksək təcrübəyə malik olan mütəxəssislərdir.

Keyfiyyət

Əməkdaşlıq etdiyimiz istehsalçı şirkətlərin dünya bazarında uzun müddət fəaliyyət göstərməsı və yüksək reytinqi ilə məhsullarımızın keyfiyyəti təsdiq edilir.

Kompleks yanaşma

Biz tam dövriyyəli iş strukturu qurmuşuq. Satış, layihələndirmə, avadanlığın çatdırılması, quraşdırılması, istismara verilməsi, servis xidməti və təmir işləri.

Rəqabətli qiymətlər

Yüksək səviyyədə inkişaf etmiş lojistik sxemi, qabaqcıl istehsalçılarla sıx təmaslar bizə ən sürətli çatdırılma və ən münasib qiymətləri təmin etməyə imkan yaradır.

Dəqiqlik

Biz avadanlığın vaxtında istismara verilməsi üçün istehsalata, çatdırılmaya və quraşdırılmaya aid müvafiq şərtlərə əməl etməklə zamana ciddi şəkildə riayət edirik.

Etibarlılıq və təhlükəsizlik

Etibarlılığı və təhlükəsizliyi təmin etmək üçün avadanlıqların düzgün seçilməsinə, quraşdırılmasına və mütəmadi xidmətinə xüsusi diqqət yetiririk.

Bizim iş strukturu

Şirkətimizin mütəxəssisləri tərəfindən avadanlığın quraşdırılacaq yerinin ölçüləri götürülür, texniki şərtlərə uyğun parametrlər yoxlanılır və zəruri tövsiyələr verilir.


Avadanlığın texniki parametrlərini, cizgilərini eləcə də istehsal, çatdırılma, quraşdırılma xərclərini və müddətini əks etdirən kommersiya təklifi hazırlanır.


Razılaşmaya əsasən tərəflər arasında avadanlığın qiyməti, çatdırılması, təhvil verilmə müddəti, tərəflərin məsuliyyəti və ödəniş proseduru qeyd olunmaqla müqavilə bağlanır.


Daha sonra avadanlığın istehsal prosesi başlanır, ölkəmizə çatdırılır, gömrük rəsmiləşdirilməsi olunur və tikinti sahəsinə boşaldılıb məsuliyyətli şəxsə təhvil verilir.


Avadanlıq quraşdırılır, sınaqdan keçirilir, sifarişçiyə təhvil verilir və istismara buraxılır. Zəruri hallarda (Lift Eskalator) FHN-ə müvafiq sənədlər əsasında təhvil verilir


Sonda servis xidməti müqaviləsi imzalanır və avadanlığa texniki xidmət göstərilir. Gələcək layihələrdə əməkdaşlığımızın daha da inkişaf etməsi üçün uğurlar arzulayırıq.

Sərnişin liftləri

yaşayış binalarında, ictimai və inzibati binalarda, mehmanxanalarda, banklarda, ofislərdə və bu kimi obyektlərdə sərnişinlərin daşınması üçün nəzərdə tutulub. Bu liftlərin əsas xüsusiyyətləri yükqaldırma qabiliyyəti, sürət, mərtəbə hündürlüyü, mühərrik otağının olması və ya olmaması və s. görə fərqlənir. Zəruri hallarda kabinlər əlavə funksiyalarla təchiz oluna bilərlər : video nəzarət, giriş məhdudlaşdırma cihazı (mexaniki və elektron açar), qrup halda işləmə və s.

Panoramik liftlər

- klassik liftlərdən fərqli olaraq, kabin divarları və qapıları, eləcə də quraşdırılacaq yeri qismən və ya tamamilə şüşədən hazırlanır. Bu ticarət və əyləncə mərkəzlərində, restoranlarda, biznes mərkəzlərində, mehmanxanalarda və bu kimi obyektlərdə sərnişinlərin komfortlu hərəkətini təmin edir.

Villa liftləri

- kabinin kiçik ölçüləri, səs-küy səviyyəsinin az olması, az enerji istehlakı və hidravlik sürücüyə görə başqa liftlərdən fərqlənir. Belə bir sürücüyə sahib lift aparatı, əlavə yük daşıyıcı qurğuların quraşdırılması tələb olunmadan kotteclər üçün mükəmməldir, Quraşdırılması üçün döşəmə səviyyəsindən 200 mm aşağı məsafənin olması kifayət edir. Lifti hərəkətə gətirən hidravlik birləşmə, ölçüsünə görə yazı masası ilə müqayisə edilə bilər. Aşağı səs-küy səviyyəsi vahidi evdə qurmağa imkan verir, lakin adətən zirzəmiyə yerləşdirilir ki, bu da lifti tamamilə səssizləşdirir.

Yük liftləri

- daşıma qabiliyyəti və gücünə görə yüklərin daşınması üçün nəzərdə tutulmuşdur. İctimai binalarda və sənaye müəssisələrində (anbarlar, mağazalar, restoranlar və s.) quraşdırılır. Onların əsas məqsədi böyük və ağır yüklərin mərtəbələrə daşınmasıdır.

Xəstəxana liftləri

tibb və profilaktik obyektlər üçün nəzərdə tutulub və xəstələrə müşayiət edən tibb işçilərinin xəstələri təkərli kürsüdə daşınması rahatlığı üçün böyük giriş açılması və gigiyenik standartlara cavab verən geniş kabin ölçüləri ilə sərnişin liftlərindən fərqlənir. Kabin iki tərəfə acılan qapılarla təchiz edilə bilər və bir çağırış prioritet funksiyası var. Kabin əvvəlcə xəstəyə müşayiət edən tibb işçilərinin çağırış etdiyi yerə yönəldilir.

Servis yük və ya mətbəx liftləri

kiçik ölçülü yüklərin daşınması üçün iki-beş mərtəbədə və ya eyni səviyyədə yerləşən otaqlar arasında, lakin bir-birindən əhəmiyyətli dərəcəli məsafədə yerləşən yerlərdə istifadəsi üçün nəzərdə tutulmuşdur. Bir çox mehmanxanalarda, restoran və kafelərdə mətbəx ziyarətçilərin salonundan ayrıdır, belə ki, liftin quraşdırılması hazır yeməklərin sürətli çatdırılması problemini həll edir. Həmçinin yüksək səviyyəli anbarlar, kitabxanalar, mağazalar, çamaşırxanalar - bu tip lift avadanlığının istifadə olunduğu yerlərdir.

Əlillər üçün liftlər

-Əlilliyi olan sərnişinlərin binalarda müxtəlif mərtəbələrə daşınması üçün nəzərdə tutulmuşdur. Belə avadanlıq həm yaşayış, həm də ictimai yerlərdə - metro, ticarət və biznes mərkəzlərində, xəstəxanalarda, mehmanxanalarda və bir çox digər binalarda quraşdırılır. Belə liftlər artıq yer tutmur və uzaqdan idarə pultu ilə də idarə olunur.

KINDEF şirkəti bütün yuxarıda göstərilmiş lift növlərinin satışı, quraşdırılması, təmiri və servis xidməti ilə məşğul olan bir şirkətdir.