Fotoselli avtomatik sürüşmə qapıları

Giriş məkanında rahatlıq əldə etmək üçün boş yerin düzgün planlaşdırılması çox vacibdir. Son vaxtlarda böyük populyarlığa malik olan avtomatik sürüşmə qapıları bunun həllidir. Kiçik bir sahədə qapı ilə təmasda olmadan fotoselli qapılar asan giriş-çıxış üçün yüksək rahatlıq və etibarlılıq təmin edir.

şüşəli avtomatik fotoselli sürüşmə qapılar

Bu qapıların üstün cəhətlərı :

  • səssiz açılıb bağlanması
  • qısa müddətdə axının yüksək ötürücülük qabiliyyəti
  • qapının ətrafında əlavə yerə ehtiyac yoxdur
  • müxtəlif əməliyyat rejimi qurma imkanı
  • müxtəlif dizayn variantları
  • konstruksiyanın ölçüsündə heç bir məhdudiyyət yoxdur
  • giriş nəzarəti həyata keçirilməsi imkanı. Bu halda, qapını barmaq izi, kod və ya kartla aça bilərsiniz
  • işıq ötürücülük qabiliyyəti
  • istilik və səs izolyasiya xüsusiyyətləri

Sürüşmə qapıların konstruksiyə növləri

Maksimum keçid əldə etmək üçün, avtomatik sürüşmə qapılar müxtəlif tiplərə bölünür, bunlar dizayn, qanadların sayı və açılış variantlarına görə fərqlənir.

ikiqanadlı fotoselli sürüşmə qapılar

şüşəli ikiqanadlı sürüşmə avtomatik qapılar fotoselli ikiqanadlı sürüşmə avtomatik qapılar

İki qanadlı avtomatik sürüşmə qapıları ən çox tələb olan qapılar siyahısındadir. İnsanın girişə yaxınlaşdığı zamanda qapının iki qapaqları eyni vaxt da əks istiqamətlərdə hərəkət edir. Bu qapılardakı keçidin eni 1100 mm-dən 3000 mm-ə qədər ola bilər. Eyni zamanda, konstruksiyanın eni müvafiq olaraq 2200 mm-dən 6000 mm-ə qədər olmalıdır.

təkqanadlı avtomatik fotoselli qapılar

şüşəli təkqanadlı sürüşmə avtomatik qapılar fotoselli təkqanadlı sürüşmə avtomatik qapılar fotoselli təkqanadlı sürüşmə avtomatik qapı

Keçid yeri kiçik olduğu halda, həmçinin, gələn və gedən insan axınını ayırmaq istəyirsinizsə, bir qapaqdan ibarət olan avtomatik qapıların quraşdırılması məsləhətdir. Bu fotoselli qapılarda keçidin eni 700 mm-dən 2000 mm-ə qədər ola bilər. Eyni zamanda, konstruksiyanın eni 1400 mm-dən 4000 mm-ə qədər olmalıdır.

teleskopik sürüşmə fotoselli qapılar

fotoselli bir tərəfə açılan teleskopik avtomatik qapılar fotoselli bir tərəfə sürüşən teleskopik avtomatik qapılar

Teleskopik sürüşmə qapıları iki növə bölünür : bir istiqamətdə açılıb bağlanan iki qanadlı və əks istiqamətdə açılan dörd qanadlı qapılar.

fotoselli iki tərəfə sürüşən teleskopik avtomatik qapılar fotoselli iki tərəfə açılan teleskopik avtomatik qapılar

Əgər keçidin maksimum enli olmasını istəyirsinizsə, lakin yan tərəfdə açıq mövqedən bir qapı qanadları üçün kifayət qədər yer yoxdursa, sürüşmə qapıların teleskopik versiyasından istifadə edə bilərsiniz. Məsələn, 3000 mm divar genişliyində adi iki qanadlı qapı 1500 mm açılış genişliyinə malikdir, ancaq teleskopik versiyasında bu ölçü 2000 mm açılış təmin edir. Eyni zamanda, konstruksiya daha "qalın" oluduğuna görə, qiymət adi haldan yüksəkdir.

Fotoselli avtomatik qapılar üçün şüşə növləri

Adətən fotoselli sürüşmə qapılarında iki növ şüşə istifadə olunur : sərtləşdirilmiş və tripleks. Amma müştəri istəyi ilə gücləndirilmiş və ya akrilik şüşələri də təklif oluna bilər.

Sərtləşdirilmiş şüşə yüksək davamlılığı və termodözümlüyü ilə fərqlənir. Onun təhlükəsizliyi ondan ibarətdir ki, şüşə qırıldığı zaman o çox xırda, iti küncü olmayan hissələrə bölünür, bununlada yaralanma ehtimalı mümkünsüzdür.

Tripleks bir neşə qatdan ibarət olan və və bir biri ilə xüsüsi plyonkayla yapışdırılmış şüşə növüdür. Bunun sayəsində şüşə zədələnəndə çatlar əmələ gəlir və qırıntıları ətrafa yayılmır. Tripleks həmçinin səs-küyə və ultrabənövşəyi şualara qarşı qorunma xüsusiyyətlərinə də malikdir.

Fotoselli sürüşmə qapı istehsalçıları

KINDEF şirkəti aparıcı dünya istehsalçıları olan FAAC (İtaliya) və ASSA ABLOY (İsveç) brendlərinin avtomatik aralanan qapılarını təklif edir.


FAAC italyan şirkətinin əsası 1965-ci ildə qoyulmuşdur. FAAC ticarət markası "Fabbrica Automatismi Apertura Cancelli" kimi açıqlanır ki, tərcümədə bu, “Darvazaların Açılması üçün Avtomatika Fabriki” deməkdir. Şirkət giriş sistemləri üçün avtomatika istehsalı sahəsində liderlərdən biridir. İstismar keyfiyyətləri, etibarlılıq və uyğun qiymət FAAC-ın hər məmulatının ayrılmaz xarakteristikasıdır. FAAC İtaliya fotoselli sürüşmə qapısı


ASSA ABLOY ailəsi brendlərinin hər biri əhəmiyyətli uğurlara nail olmuş və təhlükəsizlik, etibarlılıq və rahatlıq rəmzi kimi tanınmışdır. Besam, Crawford, Albany və Megadoor brendləri 60-70-ci illərdə İsveçdə yaradılmış və bu sahədə öz aralarında təbii və üzvi əlaqə formalaşdıraraq, illər boyunca ardıcıllıqla ASSA ABLOY brendi ilə birgə irəliləmişdir. Müştərilərə xidmət göstərilməsində yeni standartlar təyin etməyə cəhd edərək, ASSA ABLOY Entrance Systems şirkəti bir ticarət markası altında bütün məhsulunu, xidmətlərini və personalını birləşdirir. ASSA ABLOY İsveç fotoselli sürüşmə qapısı


Satış və quraşdırmadan başqa, KINDEF şirkəti həmçinin Bakıda və Azərbaycanın digər şəhərlərində avtomatik qapıların servis xidməti və təmiriylə məşğul olur. Avtomatik şüşə qapıları almaq üçün Siz 051-255-2785 nömrəsinə zəng edə bilərsiniz. Bütün alınmış məhsullara xidmət müqaviləsi bağlandığı zaman 2 illik zəmanət müddəti təyin edilir.

Fotoselli qapı kateqoriyasına uyğun avadanlıqlar

fırlanan dönər qapılar

fırlanan qapılar

turniketlər

yanğın çıxış qapıları

yanğın çıxış qapıları

hermetik qapılar

hermetik qapılar

avtomatik qaraj darvaza qapıları

avtomatik qaraj qapıları

şlaqbaumlar