kindef - lift və eskalator şirkətinin logosu
Haqqımızda

"KINDEF" MMC peşəkarlar komandasından ibarət olan və daim inkişaf edən bir şirkətdir. Əməkdaşlarımız tədarük olunan avadanlıqların quraşdırılmasına və texniki qulluğuna aid ən mürəkkəb texniki tapşırıqları yerinə yetirməyə qadirdir. Elektronikanın sürətli inkişaf tempini nəzərə alaraq, bizim kifayət qədər iş təcrübəsinə malik olan bir çox əməkdaşlarımız, müntəzəm olaraq liftlərin, eskalatorların və digər qaldırıcı avadanlıqların quraşdırılması sahəsində ixtisasartırma kursları keçirlər.

Əməkdaşlarımızın işə peşəkar yanaşması, prinsipial şərtləri nəzərə alaraq, artıq layihələndirmə mərhələsində qiymətin və keyfiyyətin optimal nisbətini təmin etmək şərtilə, avadanlıq seçməyə imkan verir.

Əvvəlcə, KINDEF MMC liftlərin və eskalatorların satışı ilə məşğul olan lift şirkəti mövqeyini tuturdu. Daha sonra biz çeşidlərimizə keçidə nəzarətlə giriş sistemlərini və avtomatik qapıları da əlavə etdik. Sifarişlərimizlə brendlərimizin adı altında iki qiymət kateqoriyasından (ekonom və premium) iki növ avtomatik siyirmə qapıları hazırlanmışdır. Bunun sayəsində, biz bu avadanlıqlar üçün Azərbaycanda ən yaxşı qiymətlər təklif edə bilərik.

Yüksək keyfiyyətli, rahat və təhlükəsiz konstruksiyaların əldə edilməsi üçün, şirkət öz fəaliyyətində yalnız innovativ texnologiyalardan, ən yaxşı avadanlıq və materiallardan istifadə edir. Bütün məhsullara istehsalçıdan məsul zəmanət, habelə, şirkətimizdən zəmanət və servis xidməti təqdim edilir.

Təklif olunan məhsulun keyfiyyəti istehsalçı şirkətin qüsursuz nüfuzu və onun bazarda uzunmüddətli fəaliyyəti ilə təsdiqlənir.

KINDEF şirkəti həm sifarişçinin, həm də avadanlıq tədarükçüsünün etibarlı tərəfdaşı nüfuzunu qazanmağa çalışır. Gəlin üğüra birgə imza ataq!