rus

Məhsullarımız - KİNDEF MMC



Kindef MMC daim inkişafta olan bir şirkətdir. Öncədən lift şirkəti kimi fəaliyyətə başlayan şirkətimiz sonradan çeşidimizi artiraraq avtomatik qapilar və girişə nəzarət qrupuna daxil olan əlavə etdik.

KİNDEF şirkətinin əsas fəaliyyəti lift, eskalator, avtomatik qapıların və girişə nəzarət sistemlərin satışı və quraşdırılması xidmətindən ibarətdir.

Bundan əlavə şirkətimiz dəmir konstruksiyadan yigılan lift şaxtalarının lahiyələşdirilməsi, quraşdırılması və şüşələnməsini də həyata kecirir.

шахта из металлоконструкции проект шахты лифта

Lift şirkətləri-istehsalçıları

Bizim üstünlüklərimiz

Peşəkarlıq

Şirkətimizdə çalışan peşəkar komanda heyəti müxtəlif istehsalçıların geniş çeşidli məhsulları ilə uzun illər ərzində calışaraq yüksək təcrübəyə malik olan mütəxəssislərdir.

Keyfiyyət

Əməkdaşlıq etdiyimiz istehsalçı şirkətlərin dünya bazarında uzun müddət fəaliyyət göstərməsı və yüksək reytinqi ilə məhsullarımızın keyfiyyəti təsdiq edilir.

Kompleks yanaşma

Biz tam dövriyyəli iş strukturu qurmuşuq. Satış, layihələndirmə, avadanlığın çatdırılması, quraşdırılması, istismara verilməsi, servis xidməti və təmir işləri.

Rəqabətli qiymətlər

Yüksək səviyyədə inkişaf etmiş lojistik sxemi, qabaqcıl istehsalçılarla sıx təmaslar bizə ən sürətli çatdırılma və ən münasib qiymətləri təmin etməyə imkan yaradır.

Dəqiqlik

Biz avadanlığın vaxtında istismara verilməsi üçün istehsalata, çatdırılmaya və quraşdırılmaya aid müvafiq şərtlərə əməl etməklə zamana ciddi şəkildə riayət edirik.

Etibarlılıq və təhlükəsizlik

Etibarlılığı və təhlükəsizliyi təmin etmək üçün avadanlıqların düzgün seçilməsinə, quraşdırılmasına və mütəmadi xidmətinə xüsusi diqqət yetiririk.



Bizim iş strukturu

Şirkətimizin mütəxəssisləri tərəfindən avadanlığın quraşdırılacaq yerinin ölçüləri götürülür, texniki şərtlərə uyğun parametrlər yoxlanılır və zəruri tövsiyələr verilir.


Avadanlığın texniki parametrlərini, cizgilərini eləcə də istehsal, çatdırılma, quraşdırılma xərclərini və müddətini əks etdirən kommersiya təklifi hazırlanır.


Razılaşmaya əsasən tərəflər arasında avadanlığın qiyməti, çatdırılması, təhvil verilmə müddəti, tərəflərin məsuliyyəti və ödəniş proseduru qeyd olunmaqla müqavilə bağlanır.


Daha sonra avadanlığın istehsal prosesi başlanır, ölkəmizə çatdırılır, gömrük rəsmiləşdirilməsi olunur və tikinti sahəsinə boşaldılıb məsuliyyətli şəxsə təhvil verilir.


Avadanlıq quraşdırılır, sınaqdan keçirilir, sifarişçiyə təhvil verilir və istismara buraxılır. Zəruri hallarda (Lift Eskalator) FHN-ə müvafiq sənədlər əsasında təhvil verilir


Sonda servis xidməti müqaviləsi imzalanır və avadanlığa texniki xidmət göstərilir. Gələcək layihələrdə əməkdaşlığımızın daha da inkişaf etməsi üçün uğurlar arzulayırıq.