kindef - lift və eskalator şirkətinin logosu
rus

Avtomatik qapılar

Kataloq

Avtomatik qapılar və darvazalar

Bütün avtomatik açılan qapılar və darvazalar elektrik motor vasitəsilə qapı layının yerdəyişməsi prinsipi üzrə işləyir. Məhz motor idarəedici qurğudan komanda alıb, öz enerjisini qapı laylarına ötürür və onları insanın iştirakı olmadan lazımi istiqamətdə hərəkətə gətirir.

İdarəedici komandanın ötürülməsi üsulunun seçimi avtomatik qapılara və ya darvazalara olan tələblərdən asılı olaraq həyata keçirilir. Əgər məhdudiyyətsiz yüksək keçirmə qabiliyyətini təmin etmək lazımdırsa, o zaman komanda radar vasitəsilə ötürülür, hansı ki, siqnalı yaxınlaşan insandan qəbul edib bir müddətlik qapıları açır. Əgər daxil olan insanların sayını məhdudlaşdırmaq lazımdırsa, o zaman komanda distant pultun və ya oxunan vasitələrin (kart, düymə, barmaq izləri və s.) köməyilə ötürülür.

Ən aşağı qiymətlərlə və ən qısa müddətdə aparıcı istehsalçılardan avtomatik qapılar və darvazalar. Ölçüləri götürtmək və kommersiya təklifi almaq üçün 051-255-27-85 nömrəsinə zəng edin.

Avtomatik qapılar

Bu cür qapıları, yüksək keçirmə qabiliyyətini təmin edərək, insanların maneəsiz və kontaktsız şəkildə keçməsi üçün, yaxud əksinə, girişi məhdudlaşdırmaq üçün quraşdırırlar. Yüksək keçirmə qabiliyyətini avtomatik fotoselli qapılar, taybatay açılan və dairəvi fırlanan qapılar təmin edir. Belə qapılar mehmanxanalarda, vağzallarda, xəstəxanalarda, super-marketlərdə, tibbi müəssisələrdə, restoranlarda və s. quraşdırılır. Amma belə qapıların köməyilə, yalnız kart, düymə sahiblərinə və ya barmaq izlərinə görə giriş imkanını təqdim etməklə, daxilolmanı məhdudlaşdırmaq da mümkündür.

Avtomatik darvazalar

Nəqliyyatın daxil olmasını məhdudlaşdırmaq lazım olan yerdə, adətən, darvazalar quraşdırılır. Bu, şəxsi ərazilər, qarajlar, zavodların, fabriklərlərin, anbarların, terminalların əraziləri ola bilər. Sürücülərin rahatlığını, bəzi hallarda isə müəssisə ərazisində yüksək keçirmə qabiliyyətini təmin etmək üçün məhz avtomatik darvazalar quraşdırılır. Bu kateqoriyaya sənaye və qaraj darvazaları aiddir ki, onlar təyinatından asılı olaraq öz konstruksiyasına, açılma sürəti və üsuluna, ölçülərinə və s. görə fərqlənə bilərlər.

Taybatay açılan qapıların və darvazaların avtomatlaşdırılması

KINDEF şirkətinə müraciət etməklə, Siz avtomatik qapıları və ya darvazaları nəinki ala, hətta daha əvvəl qurulmuşları avtomatlaşdıra bilərsiniz. Biz taybatay açılan qapıların, həmçinin taybatay açılan və sürüşdürülən darvazaların avtomatlaşdırmasını təklif edirik. KINDEF şirkətindən satış, quraşdırma və servis xidməti - ucuz və peşəkar səviyyədə.

Avtomatik qapılara uyğun avadanlıqlar